Ötən 15 ildə 14 min kilometrdən çox müasir yollar çəkilib, 453 körpü, tunel tikilib

Gündəm 15 Oktyabr 2018 23:15 Oxunub 557
Ötən 15 ildə 14 min kilometrdən çox müasir yollar çəkilib, 453 körpü, tunel tikilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib

Son 15 ildə Azərbaycanda 6-sı beynəlxalq olmaqla, 7 hava limanı inşa olunub, 14 min kilometrdən çox müasir yollar çəkilib, 453 körpü, tunel tikilib və ya təmir olunub, Xəzər dənizində 270 gəmidən ibarət iri ticarət donanması yaradılıb, 1750-dən çox yaşayış məntəqəsi təbii qazla təmin edilib, qazlaşdırma səviyyəsi 94 faizə çatdırılıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, əhalinin dünya standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə 27 şəhər və rayon mərkəzində su və kanalizasiya şəbəkəsi yaradılıb, 230 su anbarı tikilib, 300-dən çox artezian və subartezian quyusu qazılıb, modul tipli 466 sutəmizləyici qurğu quraşdırılıb. Bu sahədə Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatanda sutəmizləyici qurğunun tikintisi mühüm əhəmiyyət kəsb edir. Görülmüş işlər nəticəsində mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfədən çox artıb. Bu dövrdə dəmir yolu nəqliyyatı sistemi inkişaf etdirilib, infrastrukturu və vaqon parkı yenilənib, Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliyi yüksəlib, tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, ötən 15 ildə 5 yeni metro stansiyası istifadəyə verilməklə, metro stansiyalarının sayı 25-ə çatdırılıb. Bu dövrdə ümumi gücü 2878 MVt olan 31 elektrik stansiyası istismara verilib, 40 min kilometrdən çox elektrik verilişi xətti, 1650-dən çox yarımstansiya inşa edilib və ya yenidən qurulub. 2018-ci ilin sonuna qədər istifadəyə veriləcək "Şimal-2" elektrik stansiyası sistemə əlavə 400 MVt enerji ötürəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh