Bu ölkədə işdə və məktəbdə ağlamaq öyrədirlər

Maraqlı 15 Oktyabr 2018 22:44 Oxunub 1003
Bu ölkədə işdə və məktəbdə ağlamaq öyrədirlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkətlərdə tədris olunan “ağlamaq məşğələləri” zaman keçdikcə daha çox populyarlıq qazanır

Yaponiyada həm tələbələrin, həm də işçilərin psixi sağlamlığını təmin etmək, stressi aradan qaldırmaq məqsədilə məktəblərdə və şirkətlərdə tədris olunan “ağlamaq məşğələləri” zaman keçdikcə daha çox populyarlıq qazanır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, ekspertlər göz yaşlarını yığılan gərginlikdən müdafiə vasitəsi hesab edirlər. Mütəxəssislərin fikrincə, ağlamaq stressdən qurtulmaq üçün gülüş və yuxudan daha effektivdir. Göz yaşlarını stimullaşdırmaq üçün sentimental filmlərdən, qəmli musiqilərdən və ilhamverici kitablardan istifadə etmək lazımdır. 2015-ci ildə Yaponiyada qüvvəyə minən qanuna görə, əməkdaşlarının sayı 50 nəfəri ötən yerli kompaniyalar öz işçiləri arasında stress testi keçirməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh