Şimali və Cənubi Koreyanın dəmir və avtomobil yolları birləşdiriləcək

Gündəm 15 Oktyabr 2018 22:30 Oxunub 763
Şimali və Cənubi Koreyanın dəmir və avtomobil yolları birləşdiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki ölkənin liderləri arasında əldə olunan razılaşmaların icrası yollarına dair məsləhətləşmələr aparılıb

Şimali və Cənubi Koreyanın avtomobil yolları və dəmir yolu şəbəkəsi noyabrın sonu və ya dekabrın əvvəlində birləşdiriləcək. Avtosfer.az Azərtac-a istinadla xəbər verir ki, oktyabrın 15-də tərəflərin nazirlər səviyyəsində sərhədyanı Panmuncom qəsəbəsində keçirilən görüşündə bu barədə razılıq əldə olunub. Görüşdə bundan başqa, iki ölkənin liderləri arasında əldə olunan razılaşmaların icrası yollarına dair məsləhətləşmələr aparılıb. Tərəflər Koreya müharibəsi nəticəsində ayrılan ailələrin üzvlərinin görüşünün təşkilinə dair noyabrda danışıqların aparılması, habelə generallar səviyyəsində hərbçilərin qısa zamanda görüşünün keçirilməsinə dair razılığa gəliblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh