Bərdə sakini dostunu güllələyərək öldürüb - VİDEO

Gündəm 15 Oktyabr 2018 20:55 Oxunub 640
Bərdə sakini dostunu güllələyərək öldürüb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalar davam etdirilir

Bərdə rayonunda ov zamanı ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, rayonun Gulgəzli kənd sakini, 24 yaşlı Sadiq Tapdıqbəyli dostu və sinif yoldaşı olan Yaşar Kərimovu güllələyib. Nəticədə 24 yaşlı Yaşar Kərimov aldığı güllə yarasından hadisə yerində ölüb. Bərdə rayon Prokurorluğundan "Report"un yerli bürosuna bildirilib ki, hadisəni törədən S.Tapdıqbəyli saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

***16:40

Bərdə rayon sakini dostunu güllələyərək öldürüb. Hadisə rayonun Gülgəzli kəndi ərazisində baş verib.  İlkin məlumatlara görə, hadisə ov zamanı baş verib.  Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh