Prezident Ələt-Astara-İranla dövlət sərhədi yolunun tikintisinə 3 milyon manat ayırıb

Gündəm 15 Oktyabr 2018 20:47 Oxunub 600
Prezident Ələt-Astara-İranla dövlət sərhədi yolunun tikintisinə 3 milyon manat ayırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Avtosfer.az-ın məlumatına görə, sərəncamla Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204–207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh