İranlıların istehsal etdiyi avtomobil dünya gündəmini zəbt etdi — FOTO + VİDEO

Avtodünya 16 Oktyabr 2018 00:35 Oxunub 2476
İranlıların istehsal etdiyi avtomobil dünya gündəmini zəbt etdi — FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Modelin bütün hissələri, mexanik və mühərrik sistemi orijinalına görə istehsal edilib

İranlı mühəndislər yeni avtomobil istehsal ediblər. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, əvvəllər “Citroen” və “Peugeot”a bənzər yerli avtomobillər istehsal edən İran indi də “Lamborghini Murcielago” modelinin eynisini hazırlayıblar. İranlı mühəndislərin yeni layihəsi dünya mətbuatının gündəminə düşüb. “Lamborghini Murcielago” modeli artıq istehsal edilmir. Amma iranlı mühəndislər bu modelin eynisini istehsal edərək müştərilərə təqdim ediblər. İstehsal Təbriz şəhərində baş tutub. İstehsaldan əvvəl italyanların icazəsi alınıb. Modelin bütün hissələri, mexanik və mühərrik sistemi orijinalına görə istehsal edilib.  Layihə rəhbəri Məsud Moradi bildirib ki, məqsəd İranın yerli avtomobil sahəsində super idman və lüks avtomobillər istehsal edə bilmək üçün təcrübə qazanmaqdır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh