Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb - Sabunçuda

Gündəm 15 Oktyabr 2018 21:12 Oxunub 884
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb - Sabunçuda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktlarla bağlı araşdırmalar aparılır

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Ramazanovdan narkotik vasitə olan marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə əlavə olaraq 800 qram marixuana da götürülüb. Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Niyaməddin Həsənovun evindən 2 kiloqram 700 qram marixuana götürülüb. Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Bəkirzadədən 36 qram, evindən isə 455 qram marixuana və 1 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh