İki avtomobil toqquşdu: ana və azyaşlı qızı xəsarət alıb - Qubada  

Qəzalar 15 Oktyabr 2018 21:20 Oxunub 654
İki avtomobil toqquşdu: ana və azyaşlı qızı xəsarət alıb - Qubada  
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Quba rayonunda yol qəzası baş verib.  Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb. Belə ki, "VAZ-2107" və KİA markalı avtomobillər toqquşub. Nəticədə rayonun Rustov kənd sakinləri - KİA-nın sürücüsü Mais Səxavət oğlu Məmmədovun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Bahar Famil qızı Məmmədova və qızı, 2011-ci il təvəllüdlü Nüşabə Mais qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh