Gəncə-Samux avtomobil yolunda qəza baş verib, yaralılar var

Qəzalar 15 Oktyabr 2018 21:25 Oxunub 2153
Gəncə-Samux avtomobil yolunda qəza baş verib, yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Gəncə şəhərində yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Gəncə-Samux avtomobil yolunda qeydə alınıb. Belə ki, VAZ və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan birinci avtomobildə olan 4 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Bunlar Samux rayon sakinləri - Əliyev Rafayel Sultanbəy oğlu (1993), Əliyev Hakim Qələndər oğlu (1963), Yəhyayev Elimdar Xətai oğlu (1993) və Əliyev Əsgər Babay oğludur (1963). Yaralıların bəzilərinin vəziyyətlərinin orta-ağır, bəzilərinkinin isə qənaətbəxş olduğu bildirilir. "Mercedes"in sürücüsünə isə ambulator yardım göstərilib.  Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh