Yaşlı kişini maşın vurub - Zaqatalada

Qəzalar 16 Oktyabr 2018 07:10 Oxunub 585
Yaşlı kişini maşın vurub - Zaqatalada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Axşam saatlarında Zaqatala şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Zaqatala şəhəri, F.Əmirov küçəsi, ev 7 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Nizami Abdultalıb oğlu Həsənov “Bayraq meydan”ı adlanan ərazidə yolu keçmək istəyən zaman “Niva” markalı minik avtomobili tərəfindən vurulub. Qəzadan sonra N.Həsənov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Müayinə zamanı ona sol ayağın baldır sümüklərinin qəlpəli yerdəyişən sınığı, bədənin çoxsaylı əziyi diaqnozu qoyulub. Yaralının müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh