Əməliyyat nəticəsində 1,2 ton kokain götürülüb

Gündəm 16 Oktyabr 2018 07:55 Oxunub 642
Əməliyyat nəticəsində 1,2 ton kokain götürülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayıqda üç nəfər heyət üzvü saxlanılıb

Ekvadorda narkotik maddə alverçilərinə qarşı aparılan üç əməliyyat nəticəsində ümumilikdə 1200 ton kokain götürülüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Ən böyük narkotik maddə partiyası Quayakil şəhərində qeydə alınıb – təqribən 0,7 ton. Orada qanunsuz yük partiyası ilə əlaqəli 4 nəfər saxlanılıb. Daha 0,3 ton narkotik maddə ölkə sahilində sürətli qayıqda aşkar edilib. Qayıqda üç nəfər heyət üzvü saxlanılıb. Həmçinin iki nəfər tutulmaqla 0,2 ton kokain Qalapaqoss adalarında müsadirə edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh