Astarada icazəsiz ova cəhd edən şəxs saxlanılıb

Gündəm 16 Oktyabr 2018 09:45 Oxunub 610
Astarada icazəsiz ova cəhd edən şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı protokol tərtib edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Astara rayon sakini Emil Kazımov olduğu müəyyən edilib. Ondan ov tüfəngi və digər ov alətləri götürülüb. Faktla bağlı E.Kazımov barəsində protokol tərtib edilib və o, inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh