Sərhəddə narkotik vasitə keçirən şəxlər saxlanılıb – FOTO

Gündəm 16 Oktyabr 2018 10:51 Oxunub 596
Sərhəddə narkotik vasitə keçirən şəxlər saxlanılıb – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir. DSX-dən Avtosfer.az-a verilən məlumata görə, 2018-ci ilin 10 oktyabr tarixində saat 02:40 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon Arvana kəndi ərazi­sindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respub­likasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə olunub. Hərbi qulluqçular tərəfindən sərhəd pozucuları saxlanılaraq sər­həd zastavasına gətirilib, onların üzərinə baxış keçirilərkən 1 ədəd qara rəngli əl çantasının içərisində 6 ədəd polietilen bağlamada 5 kq tiryək aşkar edilib. Saxlanılmış sərhəd pozucularının şəxsiyyəti müəyyənləşdirilib, onların İran İslam Respublikası vətəndaşları - 1990-cı il təvəllüdlü Pənahi İbrahim Əli və 1993-cü il təvəllüdlü Nəravi Mehdi Əhməd olmaları məlum olub. Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh