300 min manatın mənimsəyən menecer azadlığa buraxılıb

Gündəm 16 Oktyabr 2018 11:40 Oxunub 486
300 min manatın mənimsəyən menecer azadlığa buraxılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Ramil Səmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. R.Səmədov məhkəmə zalından azadlığa buraxılıb. İttiham aktına əsasən, R.Səmədov "Kartaş" MMC-də satış meneceri işləyən zaman şirkətin külli miqdarda pulunu mənimsəyib. Belə ki, o, şirkətdə çalışdığı dövürdə 300 min manatdan artıq pulu mənimsəmə yolu ilə ələ keçirib. MMC-nin hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasənda saxlanılan R.Aəmədov barəsində həbs qətimkan tədbiri seçilib. O, "Kartaş" MMC-yə dəymiş ziyanı ödəyib və şirkətlə barışıq əldə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh