İki yük maşını toqquşdu: xəsarət alanlar var - Bakı-Quba yolunda

Qəzalar 16 Oktyabr 2018 11:56 Oxunub 621
İki yük maşını toqquşdu: xəsarət alanlar var - Bakı-Quba yolunda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Siyəzən rayonunda iki yük maşını toqquşub. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Bakı-Quba yolunun 76-cı kilometrliyində qeydə alınıb. Belə ki, 99-JH-993 dövlət qeydiyyat nişanlı "VOLVO" markalı yük maşını ilə 85-BZ-866 dövlət qeydiyyat nişanlı "DAİMLER" marklalı yükmaşını toqquşub. Nəticədə hər iki yük maşınının sürcüsü xəsarət alıb. "VOLVO"nun sürcüsü, Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Nicat Fərhad oğlu Əhmədovun vəziyyəti ağır olduğundan Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilıib. Digər sürcüyə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.  Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh