Xəzər dənizindən icazəsiz balıq ovlayan şəxs saxlanılıb

Gündəm 16 Oktyabr 2018 14:50 Oxunub 710
Xəzər dənizindən icazəsiz balıq ovlayan şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ziyan hesablanaraq brakonyerə 429 manat məbləğində iddia qaldırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Zirə qəsəbəsinin sahil zonasında icazəsiz balıq ovlayan şəxs saxlanılıb. Bui barədə Avtosfer.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Araşdırma zamanı ov edən şəxsin Qax rayon sakini Vüqar Məmmədov olduğu müəyyən edilib. Ondan ovladığı balıqlar və ov alətləri götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyerə 429 manat məbləğində iddia qaldırılıb. Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh