İsmayıllıda torpaq sürüşməsi baş verib - FOTO

Gündəm 16 Oktyabr 2018 14:51 Oxunub 719
İsmayıllıda torpaq sürüşməsi baş verib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fərdi yaşayış evlərindən birində yaşamaq təhlükəli olduğundan ailə qohumlarının evinə köçürülüb

Son günlər İsmayıllı rayonunda yağan yağışdan sonra torpaq sürüşməsi baş verib.  Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Qoydan kəndi ərazisində torpaq sürüşməsi aktivləşərək geniş ərazini əhatə edib. Evlərin divar və döşəmələrində irili-xırdalı çatlar əmələ gəlib. Bundan başqa, əhalinin su təsərrüfatına, eləcə də meyvə bağlarına, yaşayış evlərinə ziyan dəyib. Kəndin şimal hissəsindəki dağ yamacından axan torpaq kütləsi bir neçə evi qəzalı vəziyyətə salıb. Nəticədə fərdi yaşayış evlərindən birində yaşamaq təhlükəli olduğundan ailə qohumlarının evinə köçürülüb. İsmayıllı rayon Fövqalədə Hallar Komissiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri sürüşmə baş verən ərazilərə baxış keçiriblər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh