Müdirini öldürən satıcıya ağır cəza

Gündəm 16 Oktyabr 2018 15:18 Oxunub 720
Müdirini öldürən satıcıya ağır cəza
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hökmə əsasən, V.Novruzov 18 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V.Novruzov 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Sumqayıt şəhər ərazisində yerləşən meyvə-tərəvəz dükanının sahibi Vüqar Quliyev satıcı Vüsal Novruzov tərəfindən qətlə yetirilib.  Belə ki, dükanın sahibi satıcını səhər işə gec gəldiyi üçün danlayıb. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı satıcı Vüsal Novruzov dükanın sahibini bıçaqlayaraq qətlə yetirib. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh