Nazirliklərin avtomobilləri satışa çıxarıldı – QİYMƏTLƏR UCUZDUR

Avtoxəbər 16 Oktyabr 2018 22:59 Oxunub 1409
Nazirliklərin avtomobilləri satışa çıxarıldı – QİYMƏTLƏR UCUZDUR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərraclar 6 və 13 noyabr tarixlərində keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən nazirlik və komitələrə məxsus avtomobillərinin növbəti hərracı keçiriləcək. Avtosfer.az ƏMDK-nə istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinə məxsus KAMAZ-55111 markalı avtomobillərin qiyməti 3 min 150 manatdan başlayır. Hərraca Energetika Nazirliyinə məxsus, 2007-ci il buraxılışlı “Ford Fokus” avtomobili də çıxarılıb. Maşının start qiyməti 6 min manatdan başlayır. 2002-ci il buraxılışlı “Hyundai” markalı avtomobil isə 5 min manata təklif edilir. VAZ-21 markalı avtomobillərin start qiyməti isə 2 min manata qoyulub.

Qeyd edək ki, hərraclar 6 və 13 noyabr tarixlərində keçiriləcək və sifarişlər Əmlak Məsələləri  Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunur. Hərracın keçirilməsinə ən azı üç bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN);

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd;

10 faiz məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh