“Badamdarda evlərin divarlarında yeni çatlar qeydə alınıb”

Gündəm 16 Oktyabr 2018 15:30 Oxunub 669
 “Badamdarda evlərin divarlarında yeni çatlar qeydə alınıb”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sürüşmə sahəsi üzərində süxur qırıntılarının yola doğru hərəkəti müşahidə olunub”

Badamdar sürüşmə zonasında monitorinqlər davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Avtosfer.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 15:00-a olan monitorinqin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır: "Sürüşmə sahəsi üzərində süxur qırıntılarının yola doğru hərəkəti müşahidə olunub. Ərazinin üst hissəsindəki evlərin divarlarında yeni çatlar qeydə alınıb".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh