Azərbaycan Qran Prisinin biletlərinə endirim tətbiq olunub

Yarışma 16 Oktyabr 2018 15:36 Oxunub 1578
Azərbaycan Qran Prisinin biletlərinə endirim tətbiq olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Biletləri 1 yanvar 2019-cu ilədək 20 faiz endirimlə satışa çıxarılıb

2019-cu il "Formula-1" üzrə Azərbaycan Qran Pisi üçün biletlər ilkin endirimlə satışa çıxarılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommunikasiya şöbəsinin rəhbəri Bülent Özerdim bildirib. Onun sözlərinə görə, biletləri 1 yanvar 2019-cu ilədək 20 faiz endirimlə satışa çıxarılıb. Bundan əlavə, sırf yerli sakinlərə 25 faiz endirim tətbiq edilib. İlkin endirim kampaniyası dövründə yerli sakinlər üçün 4 günlük biletlərin qiyməti tribunalardan asılı olaraq, 190 - 660 manatdır. Azyaşlılar üçün bu rəqəm 130 - 470 manat təşkil edir. Ayaqüstü zonalar üçün biletlərin qiyməti isə 80 - 160 manatdır. Qeyd edək ki, 2018-ci il Azərbaycan Qran Prisi 26 - 28 apreldə təşkil olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh