“Xaliq Faiqoğlu” sürücülərin peşəkarlığını daha da artırır - FOTOLAR

Gündəm 16 Oktyabr 2018 16:32 Oxunub 1494
“Xaliq Faiqoğlu” sürücülərin peşəkarlığını daha da artırır - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət fəaliyyətini müasir standartlar əsasında həyata keçirir

Oktyabrın 13-14-də “Xaliq Faiqoğlu” MMC-nin əsas istehsalat bazası olan Yasamal Təmir Mərkəzində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı sürücülərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi mövzusunda təlim keçirilib. Şirkətdən Avtosfer.az-a verilən məlumata görə, “SafeLife” şirkəti ilə əməkdaşlıq çərçivəsində yüksək ixtisaslı mütəxəssislərin təlimçi kimi cəb edildiyi treninqdə bütün sürücü heyətiiştirak edib. Onlara fövqəladə halar zamanı, xüsusi ilə nəqliyyat vasitəsində yanğın və ya tüstülənmə hallarının baş verdiyi vaxtlarda davranış qaydaları növbəti dəfə izah edilib. Təlimin gedişində sürücülər əyani vəsaitlərdən istifadə edərək təhlükəsizlik qaydalarına əməl etməklə müəyyən sınaq hərəkətləri etmiş, baş verə biləcək hadisələr zamanı hansı formada və ardıcıllıqla davranacaqlarını nümayiş etdiriblər. Qeyd edək ki, “Xaliq Faiqoğlu” MMC rəhbərliyinin göstərişi ilə sürücülərin peşə hazırlığının artırılması məqsədi ilə mütəmadi təlimlər həyata keçirilir. “Xaliq Faiqoğlu”MMC “SAFA Holding” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müasir idarəetmə standartları tətbiq edir və fəaliyyətini müasir standartlar əsasında həyata keçirir.

Namiq



FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh