Mənzillərdən oğurluq edən şəxs saxlanılıb - Astarada

Gündəm 16 Oktyabr 2018 16:44 Oxunub 858
Mənzillərdən oğurluq edən şəxs saxlanılıb - Astarada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Astara rayonunda mənzillərdən oğurluq edən şəxs saxlanılıb. DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara şəhər sakini R.Heydərov yaşadığı evdən “Samsung” markalı mobil telefonun oğurlanması ilə bağlı rayon polis şöbəsinə müraciət edib. Aparılan araşdırmalarla oğurluğu törədən şəxsin əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş rayonun Şahağacı kənd sakini Elçin Hüseynov olduğu müəyyən edilib və saxlanılaraq Astara RPŞ-yə gətirilib. Polis şöbəsində onun üzərinə keçirilən baxış zamanı 12 bükümdə ümumi çəkisi 1,5 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. E.Hüseynovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha iki yaşayış evindən oğurluq etdiyi də məlum olub. Onun rayonun Qamışovka kəndindəki bir evdən 6000 manat dəyərində qızıl-zinət əşyaları, Astara şəhəri ərazisindəki digər mənzildən isə bir ədəd qızıl üzük oğurladığı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh