Qaxda yol tikintisinə 15,1 milyon manat ayırılıb

Gündəm 16 Oktyabr 2018 20:22 Oxunub 648
Qaxda yol tikintisinə 15,1 milyon manat ayırılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisi haqqında sərəncam imzalayıb. Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh