Həmkəndlisini ürəyindən bıçaqlayan şəxsin kassasiya şikayətinə baxılıb

Gündəm 16 Oktyabr 2018 20:32 Oxunub 657
Həmkəndlisini ürəyindən bıçaqlayan şəxsin kassasiya şikayətinə baxılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Bu gün Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Teyyub Ağakərimovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilmədən saxlanılıb. Qeyd edək ki, hadisə Xaçmaz rayonunun Yeni Sudur kəndi ərazisində baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Ağakərimov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə T.Ağakərimovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh