Meyiti tapılan gəncin ölüm səbəbi məlum olub

Gündəm 16 Oktyabr 2018 20:55 Oxunub 633
Meyiti tapılan gəncin ölüm səbəbi məlum olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun yanında heç kim olmadığından həyatını xilas etmək mümkün olmayıb

Ötən gün Bərdə rayonunda su arxından meyiti tapılan Elvin İmanlının ölüm səbəbi məlum olub. Avtosfer.az "Report"a istinadən verilən məlumata görə, rayonun Heydər Əliyev prospektində su arxından tapılan Elvin İmanlının meyiti üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Bildirilib ki, müayinə zamanı gəncin ölümünə səbəb epilepsiya xəstəliyi olub. Yaxınları E.İmanlının epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildiriblər. Həmin gecə də anidən epilepsiya xəstəliyi tutub və onun yanında heç kim olmadığından həyatını xilas etmək mümkün olmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh