Qəbristanlıqlara görə 500 manat cərimə

Gündəm 16 Oktyabr 2018 21:00 Oxunub 792
Qəbristanlıqlara görə 500 manat cərimə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib

Qəbristanlıqların salınması ilə bağlı qanunu pozanlar cərimələnəcək. Avtosfer.az xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.  Qanun layihəsinə edilən dəyişiklik barədə məlumat verən millət vəkili Əli Hüseynli bildirib ki, “Bələdiyyələrin statusu haqqında" qanuna əsasən qəbristanlıqların salınması müavafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş orqan tərəfindən icra edilir: “Burada müvafiq icra hakimiyyəti deyəndə Nazirlər Kabineti nəzərdə tutulur. Bu qaydanı pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 516-1 ci maddəsinə edilən dəyişikliyə əsasən cərimə ediləcək. Cərimənin minimum məbləği 100, maksimum 500 manatdır”. Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh