1000 il torpaq altında qalan vikinq gəmisini radar tapdı

Maraqlı 16 Oktyabr 2018 22:34 Oxunub 1083
1000 il torpaq altında qalan vikinq gəmisini radar tapdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Radar 50 sm dərinlikdə qəbirstanlıq və bu qəbirstanlığın bir hissəsinə basdırılmış gəmi aşkar edilib

Norveçdə son illərin ən həyəcanlı kəşflərindən birinə imza atılıb. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, Norveçin mədəni irs araşdırma institutu yerin 50 sm dərinliyinə basdırılmış Vikinqlər dövrünə aid gəmi tapıb. “Live Science”nin xəbərinə əsasən, arxeoloqlar Norveçin cənubi-qərbində radardan istifadə edərək yerin altından 20 metr uzunluğu olan vikinq gəmisi tapıblar. İnstitutdan verilən açıqlamaya əsasən, radar 50 sm dərinlikdə qəbirstanlıq və bu qəbirstanlığın bir hissəsinə basdırılmış gəmi aşkar edilib. Layihənin rəhbəri olan arxeoloq Lars Qustavsen vikinq dövründə gəmilərin güc və qüdrəti simvolizə etmək üçün basdırıldığını bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh