Bakıda BakuBus-un 3 avtobusunun toqquşması ilə bağlı AÇIQLAMA: YENİLƏNİB - VİDEO

Avtosfer TV 17 Oktyabr 2018 11:07 Oxunub 5673
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol sürüşkən olduğundan qəzabaş verib

Bir qədər əvvəl Bakıda 4 avtomobilin iştirakı ilə yol qəzası baş verib. Hadisə şahidlərinin Avtosfer-az-a verdiyi məlumata görə, Zığ qəsəbəsi ərazisində Bakı Nəqliyyat Agentliyinə məxsus Baku Bus MMC-nin 3 avtobusu toqquşub. Bildirilir ki, qəzaya səbəb eyni marşrut üzrə hərəkət edən avtobusun sürücülərinin yarışa çıxıb dayanacağa tez çatmağa çalışması olub. Avtobuslar toqquşandan sonra onlardan biri hərəkətdə olan Mercedes markalı minik maşınına dəyib. Avtubuslarin arxa, ön və yan hissələri əzilib,  hər üçünə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.

Yenicag.az xəbər verir ki, avtobuslardan biri 2, digəri isə 7B nömrəli marşurut olub.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Avtosfer.az-a bildirib ki, hadisə dünən gecə avtobuslar depoya gedən zaman baş verib. Yol sürüşkən olduğundan qəzabaş verib . Avtobuslarda sərnişin olmayıb. Yalnız sürücülər olub onlar da xoşbəxtlikdən xəsarət almayıb. Həm bu qəza BakuBus MMC-nin istismarında olan xətlər üzrə avtobusların intervalına təsir etməyib.

Avtosfer.az qəza yerindən çəkilmiş videoları təqdim edir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh