Bu il Azərbaycan üçün iki yük lokomotivi istehsal ediləcək

Gündəm 17 Oktyabr 2018 09:55 Oxunub 594
Bu il Azərbaycan üçün iki yük lokomotivi istehsal ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Astana elektrovoz zavodu bu il dörd "Prima T8" tipli yük elektrovozu buraxmağı planlaşdırır

Fransanın "Alstom" şirkəti bu il Qazaxıstanda 4 yük lokomotivi yığacaq. Onlardan ikisi Azərbaycan üçün nəzərdə tutulub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında qeyd olunur. "Astana elektrovoz zavodu bu il dörd "Prima T8" tipli yük elektrovozu buraxmağı planlaşdırır. Onlardan iki "KZ8A" Qazaxıstan, iki "AZ8A" isə Azərbaycan üçün nəzərdə tutulub", - deyə sayt şirkətin icraçı direktoru Bernard Pelleyə istinadən məlumat yayıb. Hazırda "Alstom" yığım istehsalında 50 faizlik mövcud paketinə əlavə olaraq zavodda daha 25 faiz payın əldə olunması işini yekunlaşdırmaq üzrədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh