Hava şəraitinin sabitləşəcəyi vaxt AÇIQLANDI

Gündəm 17 Oktyabr 2018 10:36 Oxunub 725
Hava şəraitinin sabitləşəcəyi vaxt AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir

Bu gün, oktyabrın 17-də, ölkə ərazisində hava yağmurlu keçəcək. Avtosfer.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. G.Məmmədova bildirib ki, hava şəraiti oktyabrın 18-dən sabitləşəcək: “Gün ərzində bəzi yerlərdə qısa müddətli yağış yağacaq. Ayın 18 və 19-da hava şəraiti sabitləşəcək və yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləklərində üstünlük müşahidə olunacaq”. Gülşad Məmmədova qeyd edib ki, yaxın günlərdə hava şəraitində temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh