Evindən 67 min manatlıq oğurluq edilən tanınmış idmançı məhkəməyə gəlməyib

Gündəm 17 Oktyabr 2018 12:33 Oxunub 490
Evindən 67 min manatlıq oğurluq edilən tanınmış idmançı məhkəməyə gəlməyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Proses oktyabrın 17-dək təxirə salınıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş F.Əzizovanın məhkəməyə gəlmədiyi elan olunub. Növbəti prosesdə təqsirləndirilən N.Fərəcovanın söz söz deməsi və məhkəmənin hökmü elan etməsi gözlənilir. Proses oktyabrın 17-dək təxirə salınıb. Xatırladaq ki, prokuror çıxışında N.İsrafilovun 8 il 6 ay və N.Fərəcovanın 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı N.Fərəcovanın məhkəmə zalından həbs edilməsini tələb etmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh