Sərnişin avtobuslarında pulsuz "Wi-Fi" olacaq

Gündəm 17 Oktyabr 2018 14:04 Oxunub 594
Sərnişin avtobuslarında pulsuz "Wi-Fi" olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əvəz olunacaq və 2019-cu ilin sonuna qədər avtopark tam yenilənəcək

“Bu ilin sonundan etibarən Tbilisidə MAN markalı sərnişin avtobusları pulsuz “Wi-Fi” şəbəkəsi ilə təmin olunacaq”. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bunu Tbilisi meri Kaxa Kaladze şəhər hökumətinin iclasında bildirib. Onun sözlərinə görə, ictimai nəqliyyatın inkişafı yalnız avtoparkın yenilənməsi və yeni marşrut xətlərinin açılması ilə kifayətlənmir: “İctimai nəqliyyatı əlavə xidmətlərlə təchiz etmək də inkişafın bir hissəsidir. Hesab edirik ki, ilin sonunda MAN markalı avtobusları pulsuz “Wi-Fi” şəbəkəsi ilə təmin etmək imkanımız olacaq. Vətəndaşlara həmin avtobuslarda pulsuz internetden istifadə etmək imkanı verilməlidir”. K.Kaladze həmçinin deyib ki, sarı rəngli sərnişin avtobusları yeniləri ilə əvəz olunacaq və 2019-cu ilin sonuna qədər avtopark tam yenilənəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh