Yağışlı havada bunu etsəniz 40 manat cəriməsi var - 90 AS 809 etdi - VIDEO

Avtosfer TV 17 Oktyabr 2018 13:54 Oxunub 2673
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki yerdə iki avtomobilin üzərinə su sıçradıb və cərimə oluna bilər

Yağışlı havalarda adətən sürücülər və piyadalar müəyyən problemlər yaşayır. Bu problemlərin ən birincisi odur ki, gölməçələrdə suyu digər hərəkət iştirakçılarının (istər sürücülərin və istərsədə piyadaların) üzərinə sıçratmaqdır. Təbii ki,  İnzibati xətalar məcəlləsində bununla bağlı 40 manat məbləğində cərimə nəzərdə tutulub. Lakin bu uzun illərdir tətbiq edilməyən bir mexanizimdir. Yəni bu xətanı aşkarlamaq və sürücüyə cərimə tətbiq etmək bir az qeyri-mümkündür.

Çünki bu barədə mütləq görüntü olmalıdır. Təqdim etdiyimiz videoda 90 AS 809 dövlət nömrə nişanlı avtomobil gölməçəyə necə girirsə "Hundai" markalı avtomobil məcburən dayanmaq məcburiyyətində qalır. Daha sonra digər nəqliyyat vasitəsi soldan hərəkət edən avtomobilin su sıçratması səbəbindən sürətini azaldaraq onun ötüb getməsinə şərait yaradır. Bu sürücü artıq iki qayda pozuntusuna yol verib. İki yerdə iki avtomobilin üzərinə su sıçradıb və cərimə oluna bilər. Ümid edirik, Yol Polisi bunu nəzərə alacaq və bu digər sürücülərə də dərs olar.

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh