Ermənistan polisi Azərbaycan-Ermənistan sərhədində xidmət etmək istəmir

Gündəm 17 Oktyabr 2018 14:28 Oxunub 703
Ermənistan polisi Azərbaycan-Ermənistan sərhədində xidmət etmək istəmir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlarla polis əməkdaşı müqaviləni pozaraq sistemdən çıxıb

Ermənistanda Daxili Qoşunlar polisi Azərbaycan-Ermənistan sərhədində xidmət etmək istəmir. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, məlumatı Ermənistanda çıxan “Hraparak” (“Meydan”) qəzeti yayıb. Bildirilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin avqustunda polis əməkdaşlarının Azərbaycan-Ermənistan sərhədində 15 gün xidmət keçməsi haqqında qərar qəbul edib. “Bizdə olan məlumata görə, onlarla polis əməkdaşı müqaviləni pozaraq sistemdən çıxıb. Onlar növbətçiliyə görə verilən 32 min dramdan (65 dollar) imtina edirlər”, - qəzet yazıb. “Hrapark” vurğulayıb ki, Ermənistanın Daxili Qoşunlarında narazılıq artmaqdadır. Qeyd edək ki, Ermənistanın Türkiyə və İranla sərhədini Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları, Gürcüstanla sərhədini Milli Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikası ilə dövlət sərhədini isə Daxili Qoşunların polisi qoruyur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh