“İşıqforların fəaliyyətində yaranmış problemlər aradan qaldırılır”

Gündəm 17 Oktyabr 2018 15:15 Oxunub 685
“İşıqforların fəaliyyətində yaranmış problemlər aradan qaldırılır”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hazırda bir-iki ünvanda işıqforların üzərində iş aparılır"

"Bu gün yağışla əlaqədar Bakının bəzi yerlərində işıqforların fəaliyyətində problemlər yaranıb. Ancaq, bu, kütləvi hal almayıb". Bunu Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, hazırda həmin problemlər aradan qaldırılır: "Hazırda bir-iki ünvanda işıqforların üzərində iş aparılır". M.Ağayev onu da bildirib ki, yağışla əlaqədar bu gün paytaxtda nəqliyyatın sıxlığı müşahidə edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh