Hərəkəti bu istiqamətdə davam edə bilər – SUALIN CAVABI

Yarışma 2 Fevral 2015 16:22 Oxunub 2162
Hərəkəti bu istiqamətdə davam edə bilər – SUALIN CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və qalibin adını açıqlayıb. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Yola kommunal xidmət göstərən bu nəqliyyat vasitəsinin sürücüsü gördüyünüz yolayrıcında narıncı rəngli sayrışan işıq siqnalı qoşulmuş vəziyyətdə hərəkətini hansı istiqamətdə davam edə bilər? 

A) Yalnız “B” trayektoriyası üzrə (düzünə);

B) Yalnız “A” və “B” trayektoriyaları üzrə (düzünə və sağa);

C) Göstərilən trayektoriyalardan hər biri üzrə.

Sualın doğru cavabı belədir:  “Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsinin 5-ci hissəsində deyilir ki, narıncı və ya sarı rəngli sayrışan işıq siqnalları quraşdırılmış xüsusi nəqliyyat vasitələrinin sürücüləri yolda tikinti, təmir və ya təmizlik işləri görərkən hərəkət təhlükəsizliyini təmin etmək şərti ilə, yol nişanlarının və nişanlama xətlərinin tələblərindən kənara çıxa bilərlər. Ona görə də yola kommunal xidmət göstərən bu nəqliyyat vasitəsinin sürücüsü gördüyünüz yolayrıcında narıncı rəngli sayrışan işıq siqnalı qoşulmuş vəziyyətdə yolayrıcında yalnız düzünə hərəkət etməyi tələb edən 4.1.1 nişanının tələblərindən kənara çıxa bilər. Deməli, sualın doğru cavabı “C” variantı olacaq:  Yola kommunal xidmət göstərən bu nəqliyyat vasitəsinin sürücüsü gördüyünüz yolayrıcında narıncı rəngli sayrışan işıq siqnalı qoşulmuş vəziyyətdə hərəkətini göstərilən trayektoriyalardan hər biri üzrə davam edə bilər. 

Hörmətli oxucular! Bildiyiniz kimi, ötən həftə saytımıza güclü kiberhücum oldu. Təəssüf ki, həmin hücum nəticəsində ötən həftə üçün qoyduğumuz suala yüzlərlə oxucumuzun cavabını da itirdik. Bu üzdən həmin sualın qalibini həftənin sonuna yaxın bu sualı təkrar yerləşdirdikdən sonra verilmiş doğru cavabların müəllifləri arasından seçməliyik. Kiberhücuma qədər doğru cavab vermiş və faktiki qalib olmuş oxucudan üzr istəyərək qeyd edirik ki, ötən həftənin sualına ikinci dəfə ilk doğru cavabı Nüsrət Gülməmmədli adlı oxucumuz verib. Onu təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59-a zəng etmək xahiş olunur.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır.

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh