Evə basqın edən şəxslər saxlanılıblar

Gündəm 17 Oktyabr 2018 15:41 Oxunub 785
Evə basqın edən şəxslər saxlanılıblar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Oktyabrın 16-da Buzovna qəsəbəsində baş vermiş quldurluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən “isti izlər”lə açılıb. Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan 82 yaşlı qadın həmin gün saat 18 radələrində Buzovna qəsəbəsindəki evinə girmiş 2 maskalı şəxsin onu döyərək evdən 1000 manatını və mobil telefonunu apardıqlarını bildirib. Görülmüş təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilib. Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Hüseyn Əliyev və Nağdəli Dadaşov saxlanılıblar. Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh