DYP və DANX Ağdamda birgə reyd keçirib - Qanunsuz sərnişindaşıma - VİDEO

Avtosfer TV 17 Oktyabr 2018 17:20 Oxunub 2497
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məqsəd sərnişindaşıma sahəsində çatışmazlıqları aradan qaldırmaq, sürücüləri maarifləndirməkdir

Ağdam rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları Dövlət Avtomobil Nəqliyyatı xidmətinin  əməkdaşları ilə birlikdə  Ağdamın Quzanlı qəsəbəsi ərazisində qanunsuz sərnişin daşımağa qarşı reyd keçirib. Reyd zamanı sənədləri qaydasında olmayan, icazəsiz sərnişin daşıma ilə məşğul olan bir neçə sürücü aşkarlanıb. Reyddə bir sıra qalmaqallı hallar yaşanıb.

Bəzi sürücülər sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaq üçün haradan  sənəd almaq lazım olduğunu bilmədiklərini deyiblər. Bəzən isə  sərnişinlər dövlət Avtomobil Nəqliyyat xidmətinin əməkdaşlarına hücum çəkərək təzyiq göstəriblər. Lakin Ağdam Rayon Polis şöbəsinin və Dövlət Yol Polis İdarəsinin əməkdaşları sərnişinləri son duracağa qədər mənzil başına çatdırıblar.

Bəzilərini isə yenidən avtovağzala qaytararaq  qanuni fəaliyyət gösətərən digər mikroavtobuslarla mənzil başına gemələrinə şərait yaradıblar. Bu kimi reydlər respublikanın digər bölgələrində də keçiriləcək. Əsas məqsəd sərnişindaşıma sahəsində  çatışmazlıqları aradan qaldırmaq, sürücüləri maarifləndirmək və onların qanun tələblərinə əməl etməyə çağırmaqdır.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh