Sığortadan pul almaq üçün özünü ölülüyə vurdu, ailəsi bu dərdə dözməyib intihar etdi

Gündəm 17 Oktyabr 2018 22:45 Oxunub 830
Sığortadan pul almaq üçün özünü ölülüyə vurdu, ailəsi bu dərdə dözməyib intihar etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
He isə polisə gedərək təslim olub

Çində dəhşətli hadisə qeydə alınıb. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, sığorta şirkətindən pul ala bilmək üçün özünün ölülüyə vuran şəxsin planları pis nəticələrə səbəb olub. Hadisə Xinhua bölgəsində baş verib. 34 yaşlı He 100 min yuandan çox borcu olduğu üçün özünü avtomobil qəzasında həlak olmuş kimi göstərib. He arvadının sığortadan pul almasını gözlədiyi halda, işlər tamam fərqli məcraya yönəlib. Ərinin planından xəbərsiz olan qadın baş verən faciəyə dözə bilməyib və hadisədən bir neçə gün sonra iki övladı ilə birlikdə intihar edib. Ana və körpələrin meyiti bir göldə tapılıb. He isə polisə gedərək təslim olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh