Motosikletlə məşhurlaşan bloqçu qız həlak oldu — FOTO

Qəzalar 17 Oktyabr 2018 23:05 Oxunub 1173
Motosikletlə məşhurlaşan bloqçu qız həlak oldu — FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Olqa motosikleti ilə sürətlə irəliləyərkən önündəki avtomobil anidən döngəyə girib

Rusiyanın məşhur bloqçularından sayılan 22 yaşlı Olqa Petrova həlak olub. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, motosikletlə bağlı videoları ilə məşhurlaşan və yüz minlərlə izləyicisi olan Olqa Moskvada qəza keçirib. Bir avtomobillə toqquşan qızı xəstəxanaya aparıblar. Reanimasiya şöbəsinə yerləşdirilən 22 yaşlı bloqçunu xilas etmək mümkün olmayıb. Olqa motosikleti ilə sürətlə irəliləyərkən önündəki avtomobil anidən döngəyə girib. Heç bir işarə vermədən dönmə əməliyyatı edən avtomobilə Olqanın motosikleti sürətlə çırpılıb. Rusiyanın ən seksual və gözəl motosikletçisi bu qəza nəticəsində həlak olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh