Hasar fəhlələrin üstünə aşdı: 1 ölü, 1 yaralı

Gündəm 18 Oktyabr 2018 07:05 Oxunub 596
Hasar fəhlələrin üstünə aşdı: 1 ölü, 1 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə ağır yaralanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Şıxlar kəndində qeydə alınıb. İlkin məlumata görə, kənddəki evlərdən birinin həyətinin hasarının söküntüsü zamanı divar uçaraq Komanlı kənd sakinləri - 20 yaşlı Əbilov Ruslan Xosrov oğlu və 30 yaşlı İsmayılov Emin Cəbrayıl oğlunun üzərinə aşıb. Nəticədə E.İsmayılov ölüb, R.Əbilov isə ağır xəsarətlər alıb. R.Əbilovun vəziyyəti kritik olduğu üçün o, paytaxtdakı xəstəxanalardan birinə aparılıb. Hadisənin dəqiq başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh