Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyətlər verildi

Gündəm 18 Oktyabr 2018 07:33 Oxunub 1407
Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyətlər verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunun qüvvəyə minməsi ilə əlaqədar fərman imzalanıb

Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 12 oktyabr tarixli 1272-VQD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqədar fərman imzalanıb. Avtosfer.az xəbər verir ki, həmin qanunla Cinayət Məcəlləsinə “Dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllər” (maddə 219-2), “Radioaktiv materiallardan istifadə edərək öldürməklə, sağlamlığa ağır zərər vurmaqla və ya əmlaka əhəmiyyətli zərər vurmaqla hədələmə” (maddə 226.3), “Radioaktiv materialları talamaqla hədələmə” (maddə 227-1), “Aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər”ə (maddə 270-1) görə cinayət məsuliyyəti nəzərdə tutan yeni maddələr əlavə edilib. Prezidentin fərmanına əsasən, qeyd olunan cinayət əməllərinin istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətlərinə daxil edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh