Qorxulu proqnoz: Cəmi 12 il sonra "su məhşəri" başlana bilər - FOTO

Gündəm 18 Oktyabr 2018 23:25 Oxunub 741
Qorxulu proqnoz: Cəmi 12 il sonra "su məhşəri" başlana bilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qlobal iqlim dəyişiklikləri nəticəsində

Nil, Qanq, Brahmaputra, Hind, Dəclə, Fərat və Kolorado çayları... Bu çayların sahilləri müəyyən müddətdən sonra içməli su uğrunda çox kəskin, amansız qarşıdurma bölgələrinə çevrilə bilər. Avtosfer.az milli.az-a istinadən bildirir ki, Avropa İttifaqının Birigə Tədqiqat Mərkəzinin (European Commission's Joint Research Center) alimlərinin hazırladıqları hesabata belə deyilir. Hesabata görə, transsərhəd su mənbələri uğrunda qarşıdurmalar artıq yüksək səviyyədədir və bu bölgələr "stress məkanları" sayılırlar. Qlobal iqlim dəyişiklikləri nəticəsində planetdə orta statistik temperaturun artması quraqlıq, buzlaqların əriməsi və nəticədə içməli su ehtiyatlarının azalması ilə müşayiət olunur. Nil, Qanq, Brahmaputra, Hind, Dəclə, Fərat və Kolorado çaylarının hövzələri isə su uğrunda ən amansız toqquşmalar areallarına çevrilə bilər. Əhali sayının artımı və qlobal iqlim dəyişiklikləri su çatışmazlığı səbəbindən yaxın 50-100 il ərzində "hidrosiyasi" problemlər yaradacaq. Qlobal iqlim dəyişikliklərinin sürətinin azaldılması və fəsadlarının aradan qaldırılması istiqamətində effektiv fəaliyyət olmasa, cəmi 12 il sonra dünya həddən artıq isti havalar, quraqlıq, daşqınlar və yoxsulluq kimi problemlərin məngənəsinə düşəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh