Camalın cəsədini daşıyan şəxs və həmin çemodan – FOTO

Gündəm 18 Oktyabr 2018 23:08 Oxunub 1192
Camalın cəsədini daşıyan şəxs və həmin çemodan – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səudiyyəli rəsmilər onun zərər görməsi barədə məlumatı təkzib etsələr də, sübut edə və ya tutarlı dəlil göstərə bilmirlər

"The Washington Post"un köşə yazarı Camal Haşoqqinin qətlə yetirilməsində şübhəli bilinin 15 nəfərin 7-si Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, ölkəni faktiki olaraq idarə edən şahzadə Məhəmməd bin Salmanla birabaşa əlaqəlidir. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, həmin adamlar arasında 2007-ci ildən bəri Səudiyyə Ərəbistanının Londondakı səfirliyində işləyən Mahir Əbdüləziz Mütrəb də vardı. Onun həmin saatlarda səfirlikdə olmasını sübut edən görüntülər əldə olunub. Mahir günorta vaxtı İstanbuldakı otellərin birindən çıxarkən görüntülənib və əlində iri çemodan olub. İddialara görə, qaşıqçının parçalanmış cəsədi həmin çemodanda imiş. Türkiyəyə oktyabr ayının 2-si gecə saat 03.38-də gələn 47 yaşlı Mahir Əbdüləziz Mütrəb 9:55-də konsulluq binasına girib, 16:53-də çıxıb. O, daha sonra 17:15-də hava limanında əlində iri çemodanla görüntülənib. Qeyd edək ki, Türkiyə ABŞ-a Camal Haşoqqinin oktyabr ayının 2-də İstanbul konsulluğunda işgəncə ilə öldürülməsi ilə bağlı sübutlar təqdim edib. Səudiyyəli rəsmilər onun zərər görməsi barədə məlumatı təkzib etsələr də, sübut edə və ya tutarlı dəlil göstərə bilmirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh