Qonşu ölkədə avtomobillərin qiyməti ucuzlaşdı

Avtobazar 18 Oktyabr 2018 14:44 Oxunub 1790
Qonşu ölkədə avtomobillərin qiyməti ucuzlaşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ucuzlaşmaya baxmayaraq, bazar müştəri baxımından korluq çəkir

İranda avtomobillərin qiyməti ucuzlaşıb. Xarici valyutanın müəyyən qədər ucuzlaşması, avtomobil bazarında da qiymətlərin aşağı düşməsinə səbəb olub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Avtomobil Satıcıları Birliyinin sədri Səid Mötəməni deyib. Onun sözlərinə görə, ucuzlaşmaya baxmayaraq, bazar müştəri baxımından korluq çəkir. Avtomobillərin qiyməti dolların ucuzlaşmasından sonra 3-9 min dollar, yerli avtomobillərin isə 500-3000 dollar arasında aşağı düşüb. Bununla belə, Çin istehsallı avtomobillərin qiymətində 50 faiz artım müşahidə edilir. İranda “Pride 111” markalı avtomobilin zavod qiyməti təxminən 5355 dollardısa, həmin avtomobilin bazar qiyməti 8571 dollar təşkil edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh