NASA Veneraya missiya göndərmək konsepsiyası üzərində işləyir

Texnologiya 18 Oktyabr 2018 22:58 Oxunub 1282
NASA Veneraya missiya göndərmək konsepsiyası üzərində işləyir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İkinəfərlik dirijabl 30 gün ərzində Veneranı tədqiq etməyə şərait yaradacaq

ABŞ Milli Aviasiya və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) Veneraya missiya göndərmək üçün “High Altitude Venus Operational Concept” (NAVOC) adlı konsepsiya üzərində işləyir. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, NASA tədqiqatlar aparmaq üçün bu planetin sıx atmosferindən istifadə etmək niyyətindədir. NAVOS sınaq məqsədi ilə kiçik missiyalar göndərmək üçün uzunmüddətli plandır. Bu missiyaların konkret tarixi açıqlanmır. Veneranın səthində görünməmiş təzyiqin və dəhşətli istiliyin hökm sürdüyünü nəzərə alan NASA missiyalar üçün bu planetin atmosferinin üst qatlarından istifadə etmək qərarına gəlib. Agentlik bu məqsədlər üçün xüsusi dirijabllar yaratmağı planlaşdırır. Məlumdur ki, Venera atmosferinin üst qatları Günəş sistemində Yer kürəsinə ən oxşar yerdir. Venera səthindən 50-60 kilometr hündürlükdəki təzyiq və temperatur Yer atmosferinin alt qatları ilə müqayisə oluna bilər. Bu hündürlükdə temperatur selsi ilə 20-30 dərəcə arasında dəyişir. Dirijabl küləyin təsirinə məruz qalmadan Venera üzərində uçacaq. Dirijablın uçmasını təmin etmək üçün onu oksigen və azot kimi tənəffüs qazları ilə doldurmaq planlaşdırılır. Bu qazların qatışığı Venera atmosferindən yüngüldür və deməli, aparatı havaya qaldıra bilər. İkinəfərlik heyət üçün nəzərdə tutulan dirijabl 30 gün ərzində Veneranı tədqiq etməyə şərait yaradacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh