Dünyanın ən iri pilotsuz nəqliyyat təyyarəsi sınaqdan keçirildi

Texnologiya 18 Oktyabr 2018 22:50 Oxunub 1150
Dünyanın ən iri pilotsuz nəqliyyat təyyarəsi sınaqdan keçirildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aparat 1,2 min kilometr məsafəni qət edə bilir

Çində istehsal olunan dünyanın ən iri pilotsuz nəqliyyat təyyarəsi ilk uçuş sınağını uğurla başa vurub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, təyyarə oktyabrın 16-da Daxili Monqolustan Muxtar Rayonunun Baotou şəhərindəki sınaq poliqonundan havaya qalxıb. “Feyxun-98” (“Uçan qu quşu-98”) Çinin kosmik elmlər və texnika korporasiyası (CASC) tərəfindən “Yun-5B” nəqliyyat təyyarəsinin prototipinin bazasında layihələndirilib. Təyyarədə yeni pilotsuz idarəetmə sistemi tətbiq olunub. “Feyxun-98” təyyarəsinin maksimal uçuş çəkisi 2,5 ton, yük bölməsinin həcmi 15 kubmetr, yükqaldırma qabiliyyəti isə 1,5 tondur. Təyyarə 4,5 min metr maksimal yüksəklikdə saatda 180 kilometr sürətlə uçmaq üçün nəzərdə tutulub. Pilotsuz uçuş aparatı əlavə yanacaq götürmədən 1,2 min kilometr məsafəni qət edə bilir. Uçuş və enişinə 150 metrlik zolaq kifayət etdiyindən təyyarə mürəkkəb relyefli rayonlara yük nəqli üçün münasibdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh