Küçələri işıqlandırmaq üçün süni Ay - FOTO

Maraqlı 18 Oktyabr 2018 22:23 Oxunub 1088
Küçələri işıqlandırmaq üçün süni Ay - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Süni Ay 2020-ci ildə kosmosa çıxarılacaq

Çin kosmosa süni peyk buraxaraq ondan Ayı əvəzləmək və süni Ay qismində ölkənin cənub-qərbindəki Çendu şəhərinin küçələrini gecələr işıqlandırmaq niyyətindədir. Avtosfer.az milli.az-a istinadən bildirir ki, süni Ay 2020-ci ildə kosmosa çıxarılacaq. Onun işıqsalma gücü Ayla müqayisədə 8 dəfə artıq olacaq. Süni ay 80 km diametrdəki ərazini gecələr işıqlandıracaq. Çinin Elmi-Texniki Aerokosmik Korporasiyasının (SASC) nəzdindəki Çendu Aerokosmik Elmi Araşdırmalar, Texnologiyalar və Mikroelektron Sistem Tədqiqatları İnstitunun (Chengdu Aerospace Science and Technology Microelectronics System Research Institute Co.) rəhbəri Vun Çunfenin dediyinə görə, süni Ayın sınaqları illər əvvəl başlanıb. Onun sözlərinə görə, süni Ay Günəş şüalarını yerə əks etdirəcək. Xarbin Sənaye Universitetinin professoru Kan Veyminin dediyinə görə, süni Ay təbiətə mənfi təsir etməyəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh