Bakıda ticarət mərkəzində oğurluq: pulu və qızılları belə aparıldı - VİDEO

Gündəm 18 Oktyabr 2018 21:15 Oxunub 648
Bakıda ticarət mərkəzində oğurluq: pulu və qızılları belə aparıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğurluq görüntüləri atıq polisə təqdim edilib

Bakıda böyük ticarət mərkəzlərinin birində baş verən oğurluq anı kameralara düşüb. Oğlu və qızı ilə mağazaya alış-verişə gələn qadın, satıcının qızıllarını və pulunu oğurlayıb. Avtosfer.az-ın məlumatına görə, qab-qacaq satılan mağazaya alıcı qismində gələn qadın, satıcının çantasından oğurluq edib. Həmin an yaxınlıqdakı təhlükəsizlik kamerasına düşüb. Zərərçəkən Gülnar Ağamalıyevanın sözlərinə görə, portmanatın içərisində əziyyətlə topladığı pul və qızıl-zinət əşyaları olub. Məsələ ilə bağlı ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim bildirdi ki, məsələdən xəbərdardılar. Oğurluq görüntüləri atıq polisə təqdim edilib. Hazırda Qaradağ rayon Polis İdarəsinin əməkdaşları şübhəlinin axtarışlarını davam etdirirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh